Koronavirus

Yazar: Fəridə Abdullazadə

Dünya əsrlər boyu bir çox xəstəliklərlə mübarizə aparıb;vəba,epidemiya.Hal-hazırda dünya koronavirus xəstəliyinə yoluxub. Dünyaboyu hər gün xəstələnənlərin sayı artır. Lakin mütəxəssislər hesab edir ki, xəstələrin sayı rəsmi rəqəmlərdən xeyli artıqdır. “Keçmişdə ortaya çıxan xəstəliklərin yayılmasına nəzər salsaq, yeni koronavirusun heyvanlardan (insana) keçməsini görərik”, – Nottingham Universitetinin virusoloqu professor Jonathan Ball deyir.Təbii ki,insanın gündəlik vərdişlərinin bir anda dəyişməsi müxtəlif fəsadlara gətirib çıxardı.

Hər gün çölə çıxıb,təbiətdən zövq alan insan düşünün;bir anda gələn qərarla evdə qalmaq məcburiyətində olur və bu 1 gün,2 gün deyil,aylarla davam edir.

Xəstəliyə yoluxma qorxusu da bir çox fəsadlara səbəb oldu.Panik atak xəstələri üçün bu dözülməzdir.

Psixolojik olaraq insanlar sarsıldı.

Restoranların,ictimai yerlərin karantin səbəbindən bağlanması da işçilərin həyatını xeyli çətinləşdirdi.

Tələbələr,şagirdlərin online təhsilə keçməsi də internetə görə problemə səbəb oldu.

Lakin bu xəstəliyin yaxşı yönləri də oldu.İnsanlar artıq təmizliyin nə qədər önəmli olduğunun fərqində oldular.Şükür etməyi vərdiş halına gətirdilər.Sağlam yaşadıqları hər günün qədrini bildilər.Necə deyərlər”Pis olmasa,yaxşının qədri bilinməz”.İnsanoğlu pislə üzləşmədikcə,yaxşının qədrini bilmir.

Həyatın sürətlə axıb getdiyi məlumdur.Bu dövrdə evdə qalaraq özümüzü sorğulamaq,səhvlərimizi,xətalarımızı görmək,təfəkkür etmək də müsbət haldır.

Bu çətin günlərdə insan keçmiş gözəl günlər üçün darıxır.Çölə maskasız çıxdığımız vaxtlar artıq bizə qeyri-mümkün gəlir.

İnsanın qəlbində bir çox insani hislər var:mərhəmət,ümid,sevgi və s.Bu duyğular həssas dövrlərdə,fikrimcə,daha da inkişaf edərək,təkminləşir.

Yaxşı günlərə yenidən qayıdacağımıza ümid edirik.Həkimlərin xəstələrə qarşı necə mərhəmət göstərdikləri göz önündədir.İnsanlar sevdiklərini bu xəstəlikdən qorumaq üçün əllərindən gələni edir.

Bu xəstəlik bizə,dinindən,irqindən asılı olmayaraq hər birimizin insan olduğunu bizə bir daha göstərdi.Çünki,koronavirus”o ağdərilidi/qaradərilidi,ona yoluxmuyacam” demir.

Ümid hissinə yenidən qayıtmaq istəyirəm. 2020 xəstəlik ili olsa da,son aylar bizə möhtəşəm xəbərlər gətirdi.Ali baş komandanın göstərişi ilə 27 sentyabr Azərbaycanın rəşadətli ordusu erməni ordusuna əks-hücuma keçdi və böyük uğurlar əldə etdilər.Onlar sayəsində işğal olunmuş rayonlarımız azad edildi.Xoşbəxtlik göz yaşları axıtdıq.Şəhidlərimizə çox şeyi borcluyuq.Onlar sayəsində biz bu gün sevinə bilirik.

Təkliflərim:

1.Psixolojik olaraq insanlara online şəkildə dəstək olunsun.

2.İnternet problemi olan şagird,tələbələr internetlə təmin olunsun.

3.Kasıb ailələr maddi cəhətdən dövlət nəzarətində olsun.

4.İnsanlar şükür etməkdən əsla imtina etməsin:)

Mənbələr:

1.öz fikirlərim

  1. https://www.google.com/amp/s/www.bbc.com/azeri/other-news-51242362.amp

Tek Yorum

  1. Tahir demiş ki:

    Perfect

    21/12/2020
    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir