Covid-19la mübarizə

Yazar: Nuranə Namazova
Əsrimizin yeni bəlası – Covid-19. Peyda olması ilə istər insanların sağlamlığı, istərsə də dünya iqtisadiyyatı əsl təhlükə ilə baş-başa qaldı. Azərbaycanda 2020-ci ilin martında pandemiya elan olunsa da, dünyada koronanın yayılması Çində qeydə alınıb.

Pandemiya elan olunan andan etibarən dövlətimiz bütün dünyanı cənginə alan virusla mübarizədə cox çevik və doğru qərarlar verərək insanlarımızın sağlamlığı üçün bir cox önləyici tədbirlər gördü.Dövlət səviyyəsində başlanan bu mübarizə ölüm sayının azadılmasında böyük rol oynadı. Tez bir müddətdə modul tipli xəstəxanaların istifadəyə verilməsi, maska istehsalına başlanılması, insanları qorumaq ücün karantin rejimi qaydalarının sərtləşdirilməsi, cərimələrin tətbiqi məhz düzgün və vaxtında verilmiş qərarlardır. Bütün bunlara baxmayaraq gözəgörünməz düşmən cox amansızdır.

On aydır ki, bütünlüklə xalqımız və dövlətimiz bu virusa qarşı mübarizədədir.Təəssüf ki, bugünkü koronavirus xəstələrinin sayını göstərən rəqəmlər ürəkaçan deyil. Bəzən qoruma vasitələri belə doğru istifadə edilmədikdə insanlar virus qarşısında aciz qalır.

Xəstəliyə qalib gəlmək ücün ən çox imuniteti gücləndirmək, idman etmək, tərkibində C vitamini olan meyvələr yemək tövsiyə olunur. Təbii vasitələr içərisində ən effektlisi zəncəfil sayılır. Hətta bir dilim zəncəfili ağızda saxlamaqla virusun keçməsini önləmək olur. Korona virusun qanı qatılaşdırdığı səbəbilə bir çox insanlarda ağır nəticələr yaranır.Bunun qarşısını limonlu su, nar suyu və sirkəli su içməklə almaq olar. Təbii üsullarla- ot və bitkilərlə müalicə edən həkimlərimizə görə virusla mübarizədə ən effektli vasitə arı məhsulu olan propolisdir. Ağızda 15 dəqiqə çeynəyib udmaqla virusdan qoruna bilərsiniz. Bundan əlavə zəncəfil, cökə dəmləməsi içərkən bal və limon şirəsi əlavə olunur. Ən güclü təsirə malik olan bu dəmləməni bütün qrip əlamətlərini özündə hiss edən insanlar içə bilər. Buruna 1-2 damcı ud hindi yağı damcılatmaqla virusun keçiiliyini dəf etmək mümkündür.

Xəstəliyin ilk günündən qrip ya soyuqdəymə kimi deyil, məhz virus kimi yanaşılması doğru olardı. Test yoxlanışı edib əmin olduqdan sonra müalicəyə başlanılmalıdır. Daha tez başlanan müalicə tezliklə virus üzərindəki qələbəyə çevrilə bilər.

İmuniteti gücləndirmək ücün bal, sarıkök, zoğal, limon, apelsin, kivi, yumurta, süd, pendir, mal əti, balıq,sarımsaq, xurma, itburnu, böyürtkən mürəbbəsi və kəklikotu, qızılgül ləçəyi çayı məsləhətdir. Bundan əlavə qoz- fındıq, badamdan da günlük qida rasionunda mütləq istifadə olunmalıdır. Bundan əlavə insanların təmiz havada olub nəfəs alması da həkimlərin ən çox etdiyi tövsiyələrdəndir. Koronavirusun müalicəsində qan durulaşdırıcı dərmanlardan da istifadə edənlərin sayı kifayət qədər çoxdur.

Xəstələnməmək üçün insanlarımızı maarifləndirmək, müxtəlif internet saytları, mətbuatda geniş yayılmış vasitələr və el içində sınanmış üsullarla onları tanış etmək gərəkdir. Virusa yoluxmamaq üçün ilk növbədə insanlarla məsafə gözləmək lazımdır ki, bu mədəni cəhətdən də mütləq lazımdır. Maska geyinmək-burun içəridə qalmaq şərtilə, tez-tez əlləri sabunla yumaq, çöldə olarkən spirtdən istifadə etmək xəstəlikdən maksimum qoruyur. Lazım olmadıqca insanlar olan yerlərə çıxmamaq yeganə qorunmadır. ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancının da son bəyanatında deyildiyi kimi qarşıdakı üç ay kritikdir. Peyvəndlənməyə qədər olan bu müddətdə yaxınlarınızın- yaşlı və risk qrupuna daxil olan həssas insanların taleyi sizin, bizim əlimizdədir. Gəlin bu riski və məsulliyyəti dərindən düşünək. Əzizlərimiz olmayan dünyada yaşamağa dəyər mi? Onları və özümüzü qorumaq üçün bir yol vardır. Koronadan qorxaraq onun həqiqətən ətrafdakı hər yerdə olduğunu qəbul etmək. Nə qədər acı olsa da bu bəla bir ildən artıqdır ki, yer kürəsində at oynadır. Qoca, cavan demədən canlar alır. Xilas yolu birdir- müvəqqəti təcrid, özünü qorumaq. Sağlamlığımız və dünyamız bir maskanın ümidinə qalıbsa, işin nə yerdə olduğunu biz insanlar da artıq dərk etməliyik. Maska və qaydalarla dost olaq ki, özümüz də sağ qalaq, yaxınlarımızı da itirməyək. Bacardıqca qorunmaq, ətrafdan təcrid olmaq – yeganə yol budur.

Son zamanlar bir çox ölkələrdə korona əleyhinə peyvəndlər istehsal edilir. MDB ölkələri dövlət başçıları şurasının sammitində Prezident İlham Əliyev pandemiya ilə mübarizə mövzusunda bildirdi ki, ölkəmizdə peyvəndlənmə könüllülük əsasında 2021- ci ilin əvvəllərində başlanacaq.

Peyvəndlərin insanlığı xilas edəcəyinə ümid edir və dünyadakı bütün insanlara səbr diləyirəm. Çünki gözəgörünməz olsa da, düşmən çox zalım və təhlükəlidir.

Mənbələr: https://www.youtube.com/watch?v=cyIeOqsE5pc

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir