COVİD-19 ilə mübarizə tədbirləri çərçivəsində ölkə ərazisində bir çox məhdudiyyətlər tətbiq edilib. Nəticədə cəmiyyət olaraq mənfi və müsbət xarakterli əlamətlərimiz üzə çıxıb.Qazanılan müsbət xarakterli vərdişləri və problemləri necə izah edərdiniz?

Yazar: Türkan Mürsəlova

“Kiminin canını alır, kiminin canını qurtarır həyatdan..”
Zaman ötdükcə insanlar doğulur, böyüyür, ya xəstəlik səbəbilə, ya da əcəldən həyatlarını itirib əbədi aləmə qovuşurlar. Dünyada insan cəmiyyəti formalaşdığı dövrlərdən etibarən müxtəlif xəstəliklər mövcud olmuş, çoxlu sayda insan təlafatına gətirib çıxarmışdır.Vəba, taun, qızılca, müxtəlif qrip növləri Yer planeti üzərində canlar almışdır.Təssüf ki, bəzən bu epidemiya və ya pandemiyaların müəyyən müddət ərzində əlacı tapılmamış beləliklə insan ölümü hallarının sayı daha da artmışdır.

Bəhs etdiyimiz yoluxucu və öldürücü xəstəliklərdən biri və ən qorxulusu da COVİD-19-dur.Hansı ki, ölkəmizdə aşkar edildiyi müddətdən etibarən minlərlə insanın həyatına son qoydu, sağlamlıqlarını təhlükəyə atdı.Virusa pandemiya adını verməkdə haqlı səbəblərimiz mövcuddur. Belə ki, Pandemiya çox sayda insanın tutulduğu beynəlxalq sərhədləri aşan epidemiyadır. Virusun yayılma dərəcəsinin böyüklüyündən asılı olaraq biz bu termindən istifadə edirik. Ölkə ərazisində yayılan yoluxucu xəstəliklərdən daha az insanın ziyan görməsi, daha az insan tələfatı olması üçün lazım olan bəzi tədbirləri görmək böyük əhəmiyyət kəsb edir. Bəs ölkəmizdə bu virusun qarşısını almaq üçün hansı tədbirlər görülür və ya görülməkdədir?

2020- ci ilin mart ayının əvvəllərindən başlayaraq ölkə ərazisində faktiki olaraq COVİD-19 virusunun aşkarlandığı və ehtiyyat tədbirlərinin başlandığını deyə bilərik.Nəzərdə tutulan ilk təbdirlərdən biri ictimai yerlərdə əhalinin sıx olmasını aradan qaldırmaq idi. Digəri qapalı ərazilərdə maskların taxılması və dezinfeksiyaedici maddələrdən tez-tez istifadə idi. Karantin qaydalarının tətbiqi və sms icazə sisteminin fəaliyyətə başlaması da icra edilən tədbirlər arasında yer alırdı.

Bunlardan əlavə qeyd edə bilərik ki, karantin qaydaları, xəstəlik şəraitində məhdudiyyətlərin kəskin olduğu mühitdə insanlarda bir sıra digər problemlər də yarandı. Əsəb pozulması, stres, gün boyu maskalı mühitdə nəfəs qıtlığı ilə çalışmaq əmələ gələn hələ sıradan problemlərdən idi.

Məsələyə pozetiv istiqamətdən baxdıqda isə daha gözəl görə bilərik. Deyim var ki, “necə baxırsansa, o cür də görürsən” həqiqən bu cür olur. Pandemiya mühitində küçələrin tez-tez təmizlənməsini, xalqımızda sadə gigiyenik qaydaların aşılanmasını, yardım etmə, qanvermə, təhsil mühitində onlayn təhsilin təcrübədən keçirilməsi, bu cür kursların fəaliyyətə başlanması və s. kimi əlamətləri görə bilərik.

Lakin unuda bilmərik ki, böyük , kiçik, qoca, qadın demədən xəstəlik canlar aldı, almaqda davam edir. Onun mübarizəsində əl-ələ olub sinə gəlmək bizim üçün xəstəlikdən qurtulmaq üşün ən ideal çıxış yoludur.

“Məqalə həyatdan gördüklərim və öz təxəyyülümün məhsuludur…”

3 Yorum

  1. Samera demiş ki:

    Hər şeyi necə də gözəl təsvir etmişsiniz

    21/12/2020
    Yanıtla
  2. Marya demiş ki:

    Maraqlı fikirlərdir

    21/12/2020
    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir