Bəzi insanlar düşünür ki, işindən məmnun olmaq üçün yüksək gəlirlilik çox vacibdir. Siz bu fikirlə razısınız?

Yazar: Cavidan Cəfərli

Doğrudur bu zamanda bir çox insan iş axtaran zaman ilk öncə onun məvacibi ilə maraqlanır. İşə qəbul edilsə belə maaş onu qane etmirsə həmin işdə çalışmır. Məvacibi yüksək olan işlər axtarmağa davam edir.Hal-hazırda da bir qisim insan öz işini sevdiyi üçün yox məvacibi yüksək olduğu üçün işləyir. Onları da anlamaq mümkündür. Çünki dövrümüzdə hər kəs firavan həyat sürmək istəyir. Bunun üçün də sevmədiyi iş belə olsa yüksək məbləğə görə orada işləyir. Lakin mən bu düşüncə ilə razı deyiləm. İnsan hər bir şeyi sevərək etməlidi. Nəinki öz işini seçəndə hətta xırda məsələlərdə belə. Ümumiyyətlə biz həyatımızda özümüz də görürük ki ürəyimizə yatan bir şey olmasa onu etməməyə çalışırıq. Məsələn: ev alarkən xoşumuza gələni alırıq, yeməklərini sevdiyimiz restoranda yemək yeyirik, bəyəndiyimiz telefonu alırıq, münasibəti xoşumuza gələn insanların yanında qalmaq istəyirik və.s. Universitetə qəbul olan zaman da arzusunda olduğumuz ixtisası seçmək istəyirik. İş seçimi edərkən də həyatımızın digər anlarında etdiyimiz kimi etməliyik. Sevdiyimiz işə üz tutmalıyıq. Sevmədiyimiz, maaşına görə işlədiyimiz bir işdə uğur qazan bilmərik. İş həyatımızda ön sıralara çıxa bilmərik. Həmçinin mənə elə gəlir ki, sevmədiyimiz işdə işləsək daha tez yorular, yüksək məbləğli qazanc da gözümüzdən tez düşər. Hər bir kəs sevdiyi işdə olsa hamı inkişaf edər və istədiyi yerlərə çata bilər. Bizimlə bütövləşən bir işdə işləyəndən sonra onun verdiyi zövq məvacibi belə unutduracaq. Hər gün yeni nələrsə etməyə çalışacağıq. Qarşımıza hədəflər qoyub onlara doğru gedəcəyik. Bu yolda uğurlar qazandıqca da işimizə olan məhəbbətimiz birə-beş artacaq. Sevdiyimiz işdə olduqda o işin peşəkarı olmaq istəyirik. Buna can atdıqca da qarşımıza maneələr, rəqiblər çıxır. Bu mübarizədə daha peşəkar olanlar qalib gəlir.Məğlub olanlar isə daha da güclü olmağa can atır. Bu da bizim və çalışdığımız sahənin inkişafına təkan verir. Göründüyü kimi sevdiyimiz sahədə çalışmaq nə qədər şeyə müsbət təsir edir. Hər şeyin zəncir kimi bir-birindən asılıdır. İlk baxışda sevdiyimiz bir sahəyə yönəldiyimizi düşünürük. Amma daha sonralar zəncirin digər halqaları tamamlanır. Həmin halqalar isə yuxarıda saydıqlarımdır. Bu sadaladığım səbəblərə görə də mən “işindən məmnun olmaq üçün yüksək gəlirlilik çox vacibdir” fikri ilə razılaşmıram.

Məqalə müsabiqələrini təqdirəlayiq görürəm. Hər kəs öz bacarığını göstərməyə şans əldə edir. Təklifim odur ki, intellektual yarışlar da keçirilsin.

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir