Bəzi insanlar düşünür ki, işindən məmnun olmaq üçün yüksək gəlirlilik çox vacibdir. Siz bu fikirlə razısınızmı?

Yazar: Cavidan Əliyev

İlkin olaraq onu qeyd etmək  lazımdır ki, vurğulanan fikir haqqında bir çox fərqli individual görüşlər mövcuddur. Mən isə düşünürəm ki yüksək gəlirlilik vacibdir amma nədər vacib olub olmaması fərdə və yaşadığı sosial təbəqəyə görə dəyişir.

Nəyə görə vacibdir?- Əvvəla, hər kəsin işləməsinin əsas səbəbi yaşam standartlarının artırılmasıdır. Yaşam standartlarının artırlmasında əsas nüanslardan biri yüksək gəlirli işə sahib olmaqdır. Belə bir el məsəli var – “Ac ayı oynamaz”. Yəni hər nə qədər iş və iş atmosferi qaneedici olsa da, gəlir az olanda gündəlik həyatda bir çox problemlərlə qarşılaşırıq .  Məsələyə digər aspektdən baxası olsaq, işdən məmnunluq dedikdə sözügedən işin bizim həyatımızdan aldığı vaxta müqabil başqa dəyərli bir nəsnə ilə kompensasiya edilməsi nəzərdə tutulur. Bu nəsnə pul ( yüksək gəlir və yaşam standartları) və ya karyera olur. Nəzərə alsaq ki, əsasən orta və aşağı təbəqə insanların çoxluq təşkil etdiyi bir dövrdə yaşayırıq, karyera sözünün altında da, gələcək üçün daha gəlirli bir iş mühitinin yaradılması fikrini anlamaq çox çətin deyildir. Bunu qəbul etmək lazımdır ki, bir çox insana sabit və yüksək maaşlı iş və ya aşağı maaşlı iş amma gələcəkdə daha çox gəlirli iş (karyera ) təklif olunsa daha çox insan ilkin təklifi seçər. Necə deyərlər – “ Nisyə qazdansa , nəğd toyuq yaxşıdır”.

Məsələyə daha fərqli yanaşma göstərmək lazım olarsa, hər nə qədər yaşam standartlarına görə yüksək maaşlı iş tapmaq məcburiyyətində olan qisim insan çoxluq təşkil etsə də, müəyyən qisim orta və yüksək təbəqə insanlar üçün bu məsələ digər təbəqənin insanları  üçün olduğu qədər prioritet önəm daşımır. Təbii ki, bu da anlaşılandır. Belə ki, müəyyən bir gəlir sərhədindən sonra artıq seçici olmaq onların öz rifahlarını yaxşılaşdırmaq məqsədi üçündür. Başda da vurğuladığım kimi, İŞ’ləməyin məqsədi həyat standartlarının yüksəldilməsi olduğu kimi, bu standartlar insandan insana dəyişir. Bəziləri müəyyən standartların üstünə çıxmaq üçün daha çox işlədiyi halda bəziləri daha az işləyir. Buna görə də, fikirlər , ilkin və əsas məqsədlər fərqlilik göstərə bilir. Bəziləri üçün yüksək gəlirlilik əsas prioritet olsa da, bəziləri üçün iş ortamı,  şəxsi inkişaf potensialı, və bu kimi başqa nüanslar əsas məsələlərdən sayılır.

Son olaraq işdən məmnunluq təbəqələrə görə, insanlara görə yüksək gəlirlilikdən asılılıq fərqlidir. Çoxluğun fikrini nəzərə alaraq bitirəsi olsaq, yüksək gəlirlilik işdən məmnunluq üçün vacibdir. Sadecə çox vacib olub olmaması bunu oxuyan oxucular tərəfindən fərqi olaraq müəyyənləşdirilməlidir.

Bunu oxuyan hər kəsə təşəkkür edirəm.

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir