Bəzi insanlar düşünür ki, işindən məmnun olmaq üçün yüksək gəlirlilik çox vacibdir. Siz bu fikirlə razılaşırsınızmı?

Yazar: Nərmin Əhmədova 

İnsan həyatında verəcəyi ciddi və əhəmiyyət kəsb edən qərarlardan biri də seçdiyi peşədir. İnsan peşə seçərkən bir neçə amillərə diqqət yetirməlidir. Əmək haqqının da bu amillərin içində olmasına baxmayaraq ilk sırada olmadığını qeyd etmək istəyirəm. İnsanın işindən məmnun olması gördüyü işdən zövq almasıdır. İnsanın gəliri əlbəttə onun ehtiyaclarını, tələbatlarını ödəyə bilməsi üçün müəyyən məbləğdə olmalıdır. Lakin biz yüksək gəlirli işlərdən söhbət ediriksə burda digər amillər daha ön sıraya keçir. Məsələn iş mühiti, kollektiv, səlahiyyətliliyi, sərbəstliyi, məlumatlılığı və həmçinin resurslarla təmin olunmasına qədər bir neçə faktorlar var ki, insanın qeyri maddi yolla yəni, əmək haqqısı yüksək səviyyədə olmadığı halda da motivasiya olmasına səbəb olan amillər kimi sayıla bilər. Məsələn deyək ki, işçi yüksək əmək haqqı aldığı işdə çalışır. Lakin, işdə sərt idarəçilik, işçilərin inkişafını dəstəkləməyən və “diktatura” rejimi mövcud olan idarəçilik var. Əlbəttə bu mühitdə işçi özünü xoşbəxt hiss etməyəcək. İnsanın işindən məmuniyyət hissi özünü həmin şirkətin bir parçası kimi hiss etdiyi anda yaranır. Çünki gördüyü işin şirkətə gətirdiyi fayda onu motivasiya edir, görülən işin necə önəmli olduğunu hiss edir. Bu bir reallıqdır bəzi şirkətlər əməkdaşın iş həyat balansını pozur. Belə ki, bu situasiyalarla qarşılaşan zaman da işçinin məmuniyyəti azalır. İşçi əldə etdiyi gəlirdən öz istirahətinə, yaxınları ilə vaxt keçirməsinə ayıra bilmirsə məmuiyyəti aşağı düşəcək. Həmçinin işçinin məmuniyyətini artıracaq digər gəlirdən asılı olmayan amil də şirkətin təşkil etdiyi sosial fəaliyyətlərdir. Məsələn, birlikdə gəzintilər, əyləncələr, bayramları və digər önəmli günləri qeyd etmək işçinin məmuniyyəti artıran amillərdir. Hal-hazırda biznes mühiti bu qeyri-maddi motivasiya amillərinə daha çox diqqət ayırır. Əməkdaşın digər faktorlardan məmuniyyəti aşağıdırsa, yüksək gəlirlilik bu problemin həllində kömək etməyəcək.

Sonda yuxarıda qeyd etdiyim fikirlərimi yekunlaşdıraraq əlavə etmək istəyirəm ki, insalar fərqlidir. Hər kəsi fərqli yollarla motivasiyasını və məmuniyyətini artırmaq olar. İlk öncə işçi ilə fərdi görüş keçirmək onun fikirlərini öyrənərək ona uyğun qərar vermək lazımdır. İşçilərin hər birinin motivasiyasına hansı amilin səbəb olduğunu dəqiq müəyyənləşdirmək lazımdır. Fikrimi nümunələrlə tam aydın şəkildə çatdırmaq istəyirəm. Məsələn düşünək, karyerasına yeni başlamış gənc işçi və 30-40 illik iş təcrübəsinə malik rəhbər vəzifəsində çalışan əməkdaşın motivasiya amilləri əlbəttə eyni olmayacaq. Gənc əməkdaşı karyera imkanları, özünü inkişaf etdirməklə məmuniyyətini artırmaq olarsa, rəhbəri isə bu amillər təsir etməyəcək. Artıq biliyi və iş təcrübəsi ilə öz sözünü demiş rəhbəri əmək haqqı artırımı və rahat iş mühiti yaratmaqla məmnun etmək olar. Ən son olaraq bir neçə təklifimi qeyd etmək istəyirəm. Əməkdaşa hər zaman biliyinə və iş yükünə uyğun olan əmək haqqı verməyi üstün tutmaq daha yaxşıdır. Layiq olduğundan yüksək əmək haqqı işçidə arxaynlıq yarada bilər. Hansıki, işçi özünü inkişaf etdirməyi dayandıra bilər. Və ya həmçinin aşağı əmək haqqı veriləndə işçi başqa iş yerləri axtarışına başlayacaq və iş elanlarını dəyərləndirəcək. Rəhbər üçün işçisinin və komandasının tez-tez dəyişməsi mənfi haldır. İşçiləri iş yerinə  və komandaya adaptesiya etmək uzun zaman ala bilər. Bu hal sizin işlərinizi ləngidə bilər. Ona görə də işçiyə doğru məmuniyyət olacağı faktorları müəyyən etmək çox böyük əhəmiyyət kəsb edir.

Əziz oxuyucular! Sizə işinizdən hər zaman zövq almağı arzu edirəm. Ümid edirəm maraqlı yazı oldu. Diqqətinizə görə təşəkkürlər!

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir