Yüksək gəlirlilik və sevimli peşə

Yazar: Orxan Kərimli

Bəzi insanlar düşünür ki, işindən məmnun olmaq üçün  yüksək gəlirlilik çox vacibdir. Mən bu fikirlə qismən razıyam. Demək olarki hal-hazırkı dövr kapitalizm dövrüdür. İnsanların ən çox istifadə etdiyi maddi vəasit kimi pul ölçülür. Və buda insanların maddiyatına birbaşa təsir göstərən amildir. Ancaq bəzi insanlar vardırki onlar üçün iş daha çox önəmlidi ,nəinki yüksək gəlir. Peşələr insanların həyatına təsir edirlər. Hal hazırkı dövrdə gender məsələlərinə baxsaq müəllimlik ixtisasında oxuyan və işləyən qadınların faizi yüksəkdir. Ancaq, idarəçilik sahəsində daha çox kişi cinsinin nümayəndələri işləyirlər. Bütün bunların fonunda qeyd edə bilərəmki yüksək gəlirli olmaq və işindən məmnun olmaq tandem təşkil etməlidir. İnsanlar gənc yaşlarından artıq özləri haqqında düşünməlidirlər. Onların atacaqları addımlar həyata baxış tərzlərini dəyişdirə bilər. İnsan seçdiyi ixtisası ilk öncə analiz etməli sonra isə onun gəlir səviyyəsini və gələcəydə prespektivli olub-olmamasını düşünməlidir. Təbiikidə əgər bir insan sahibkarın obyektində işləyirsə və savadlı bir şəxsdirsə  sahibkarda onun işinə dəyər verməli onu işində gəlirini artırmalıdır. Ancaq insan xasiyyətləri müxtəlifdir. Bəzi insanlar az məvaciblə işləyirlər və onlar işlərindən çox məmnundular. Elə insanlarıda dəstəkliyirəm. Çünki həyatda düzdür pul əsas rol oynayır, ancaq müəyyən bir tərkib hissə kimi. İşini sevən insan üçün pul əsas rol oynaya bilməz. 2020-ci ili Cənab Prezident könüllülük ili elan etmişdir. Minlərlə insan könüllü layihələrə qatılıdı. Onların içərisində hətta yaşı 30-u ötmüş şəxslərdə var idi. Onlar könüllü işini çox sevirlər baxmayaraqki məvacib az verilir və ya heç verilmir. Könüllü işləyən şəxslər çox şey qazanırlar. Komandaya adaptasiya olunmaq başlıca rol oynayır. Burdan nəticə çıxarmaq olarki, insanlar əsas pula önəm vermirlər. Bu işi çox sevdiyləri üçün işi sevə-sevə icra edirlər. Bütün bunlar onu göstərirki işindən məmnun qalmaq üçün pul başlıca rol oynamıyada bilər. Yetərki insan işini sevsin və bu işə can yandırsın. Təbikidə elə insanlarda olurki, onlar pulun həvəsi ilə işlərini icra edirlər. Lakin bu insanlarda məvacibə qarşı bir xof yaranır. Əgər məvacib aşağı düşsə o işini həvəssiz icra edəcək. Bunun üçün isə insan yüksək peşəkarlıq və savadlılıq səviyyəsi olmalıdıki, bir müəssiədən işdən çıxsa özünə əmin şəkildə digər yüksək gəlirli müəssisəyə mürəciət edə bilər. Bütün bunlar onun bariz nümunəsidirki, fikirlər müxtəlifdir. Və bu müxtəliflikdə insanların həyat baxış tərzinə görə dəyişir. Bu müxtəliflik gəlirin yoxsa peşənin sevilməsi müxtəlifliyi özünü bütün dünyada göstərir. Bu işlərin müxtəlifliyi ilədə seçilir. İnsan əgər ağır işdə işləyirsə onun üçün iş nə qədər önəmlidirsə məvacib bir o qədər önəmlidir. Və məvacibi yüksəkdirsə bu işə daha çox həvəs göstərəcək. Müasir ixtisaslar vardırki, onların gələcək potensialı mütəxəssilər tərəfindən araşdırılır. Təbiiki müasir dövrdə artıq kompyuter elmlərinə həvəs artmışdır. Çünki artıq bildiyimiz kimi təhsilində distant forması keçirilir yeni proqramlaşdırma dilləri dərindən öyrədilir. Buda işin peşəkarlığına gəlirin yüksək olmasına gətirib çıxardan amil kimi dəyərləndirilə bilər. Elə ixtisaslar vardırki bizim adət -ənənələrimiz bu ixtisaslarda yaşadılır. Misgərlik sənəti qədim adət və ənənələrimizi özündə yaşadır. Lahıcda hal-hazırda qədim adətlərimizi özündə yaşadan misgərlik sənəti ilə məşğul olurlar. Artıq o insanlar məvacibdənsə sevdikləri peşə ilə məşğul olurlar və onlar işlərindən çox məmnundurlar. Düzdür əşyaları satmaqla müəyyən məvacib götürmək olur. Ancaq düşünmək olarki bu işlə məşğul olan və gələcəkdə öz ata babalarından öyrənən insan təbiikidə bu işə həvəs göstərərək işi öyrənir. Çünki hal-hazırda işlə məşğul olan adam üçün müəyyən qədər məvacibdə lazımdır. Məvacibin dəyərinin önəmi işin xüsusiyyəti ilə birbaşa bağlıdır. Və bu xüsusiyyət haqqındada məqaləmdə fikir bildirmişəm. Bir daha deyə bilərəmki mən hər iki fikirlə razıyam. Və mənim məqaləmdə buna münasibət günün reallıqları ilə səsləşir. Təklif edərdim ki, müəsissələr işdə savadlı və peşəkar adamların gəlir səviyyəsini yüksək tutsunlar. Və beləlikl hər iki fikir müəssisədə tandem təşkil edəcəkdir.

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir