Last updated on 10/07/2020
Ahmadnamaz kollektivi “Şəxsi inkişaf kitablarının yeni “səni” yaratmaqdakı payı” mövzusunda məqalə müsabiqəsi elan edir.
Müsabiqəyə 06 iyul 2020-ci il tarixindən 19 iyul 2020-ci il saat 23:59 tarixinədək e-mail ünvanına mövzu hissəsində “Şəxsi inkişaf kitablarının yeni “səni” yaratmaqdakı payı” qeyd etməklə müsabiqənin mövzusuna uyğun göndərilmiş yazılar qəbul olunur.
Müsabiqə mükafatı:1-ci yerin qalibinə Libraff kitab mağazasından 30 AZN-lik alış-veriş kuponu hədiyyə veriləcək
Məqalələr meqale@ahmadnamaz.com ünvanına göndərilməlidir. Əlavə məlumat üçün 994 70 514 03 41 və 994 51 777 98 95 nömrələrinə və mənə müraciət edə bilərsiniz.
Müsabiqə şərtləri:
1. Müsabiqə iştirakçısı müsabiqəyə məqaləni mətn faylarında (word) təqdim etməlidir;
2. Məqalə Azərbaycan dilində təqdim olunmalıdır;
3. Məqalə sözlərin sayı min 1000, max 2000 olmalıdır;
4. Plagiat 25 faizdən çox olmamalıdır. Plagiatlar https://searchenginereports.net/plagiarism-checker saytında yoxlanacaqdır.
5. Hər bir iştirakçı özü haqqında məlumatları qeyd etməlidir:
5.1. Ad Soyad.
5.2. Əlaqə nömrəsi
5.3. email ünvanı.
5.4. Məqalə adı.
6. Məqalə sonunda müəllif öz təkliflərini qeyd etməlidir.
7. İstifadə etdiyi mənbələri ədəbiyyat siyahısında göstərməlidir.
19 iyul 2020-ci il saat 23:59 tarixi məqalənin son göndərilmə tarixidir. Tələblərə uyğun gələn məqalələr 20 iyul tarixində ahmadnamaz.com blogunda yayımlanacaq. 20 iyul – 25 iyul tarixləri arası səsvermə olacaq və 26 iyul 16:00-da ən çox səs toplamış məqalə AhmadNamaz facebook səhifəsində canlı yayım vasitəsilə qalib elan ediləcək və hədiyyənin sahibi olacaq.
İlk Yorumu Siz Yapın