Gənc nəslin tərbiyyəsində bədii ədəbiyyatın rolu

Yazar: Aysel Qocayeva

Ədəbiyyat həm elm kimi həm də gündəlik rast gəldiyimiz hadisələrin əksi kimi həyatımıza daxil olub. Belə demək mümkündürsə, ədəbiyyat həyatımızın özüdür. Bədii ədəbiyyatın insan xarakterinə təsirini nəzərə alsaq bu hobbi kimi yox tərbiyyə vasitəsi kimi  xaraktetizə oluna bilər. Əsərin mövzusunun nədən bəhs etməsinə baxmayaraq əsas məqsəd insan xarakterinin ayrı-ayrı hadisələr zamanı yaşadığı psixoloji məqamlarından söhbət açılır.

Günümüzdə gənc nəslin mütaliə etməyə marağı azalıb deyə kitaba həvəs göstərən, zamanını kitab oxumaqla keçirən insanlar görəndə az qala təəccüblənirik. Bu gün bədii ədəbiyyat bizə niyə lazımdır? Müasir dövrdə texnoloji inkişaf,sosial şəbəkələrin həyatımıza daxil olması informasiyaları daha tez əldə etməyimiz,belə demək mümkündürsə, bir başa informasiya aləminin içinə daxil olmağımız nə qədər təqdirəlayiq  bir hal olsa da etiraf edək bu şəbəkələr içərisində ətraf mühitə marağımızı itirmişik. Yəni hər kəs öz alanında biraz yalqızdır.

Günümüzdə gənclərin tez-tez depresiyaya düşməsi, özlərini tək hiss etməsi bəlkə də bu səbəbdəndir.

Gənclərdən Kitab oxuyursanmı? Sualına çox zaman “bəli internetdən əldə edib oxuyuram “ cavabı alırıq. Bəs kitab oxumaqla internetdən kitab oxumağın fərqi nədir? Gəlin bu mövzuda fikirlərimizi bölüşək. İnternet, texnologiya hər zaman əlimizin altındadır və bir düyməyə toxunmaq yetər ki, istədiyimiz  ədəbiyyat gözlərimizin önündə açılsın və istədiyimiz yerdə istədiyimiz qədər mütaliə edək ancaq bir məqam var bəlkə də bu mənim şəxsi fikrimdir bununla razılaşmayanlar çox ola bilər. İnternetdən oxuduğumuz bir əsər kitabdan oxuduğumuz qədər beynimizə həkk olunmur. Sanki, gözümüzün qarşısında bir görüntü mənzərəsi var idi istədiyimiz informasiyanı aldıq və bir anda həmin görüntü gözümüzün önündən itdi. Yəni məlumata necə sürətlə ulaşmışdıqsa həmin sürətlə yaddaşımıza yazılan bir neçə cümlədən başqa yerdə qalan bütün informasiya gözümüzün önündən itib getdi. Bəs kitab oxumaq necə ? Yenə də öz şəxsi düşüncələrimdən,fikirlərimdən söz açaraq deyim ki, mən kitablara canlı şəxsiyyət kimi yanaşıram. Bəli, məhz şəxsiyyət. Oxuduğumuz bədii ədəbiyyatlarda rast gəldiyimiz obrazlar müxtəlif şəxsiyyətlərin bədiiləşdirilmiş əksi, prototipidir. Oxuduğumuz, tanış olduğumuz personajlar həyatımızda tanıdığımız insanların xarakterlərini əks etdirir. Məsələn, Dostoyevskinin əsərlərini oxuyanda insanların xarakteri, psixoloji vəziyyətləri elə dəqiqliklə , canlı təsvir edilir ki, əsəri oxuyub bitirincə bu hissləri nə vaxtsa yaşadığını yaxud əsərdəki personajları özəl həyatında da tanıdığını düşünürsən.Bədii ədəbiyyat bu səbəbdən müasir gəncliyə gərəkdir. İstədiyi məsləhətçini, sirdaşı tapa bilməyən, düşdüyü çətinliklərdən çıxmağı bacarmayan gənclər axtardıqlarını kitablardan tapa bilər.

Əgər kitaba cansız əşya kimi yanaşarsansa , o da susmuş danışmaq istəməyən biri kimi baxacaq sənə amma kitaba bir fərd kimi söhbət yoldaşı, sirdaş kimi yanaşsan o sənə istədiyindən qat-qat çox sirr verəcək. Sənin ona verdiyin sirrlərsə ,bağlı bir xəzinə kimi qorunacaq.

Eyni zamanda bədii ədəbiyyat nitqimizi inkişaf etdirmək üçün gözəl vasitədir. Bədii ədəbiyyat nitqin inkişafında özünü düzgün ifadə etmənin müəllimi də sayıla bilər. Bədii ədəbiyyatdan oxuduğumuz elə sözlər, elə ifadələr var ki, yaddaşımıza həkk olmaqla yanaşı, məqam gələndə hansısa sözümüzün dəyərini artırmağa o qədər yardım edir ki, bəlkə fikrimizi ifadə etmək üçün gətirəcəyimiz onlarla arqumentdən daha güclü olur.

Sözümün əvvəlində onlayn kitab oxumaqla ,sadəcə kitab oxumağı boşuna müqayisə etmədim. Təsəvvür edin ki, bir kitabxanaya daxil olmusunuz. Özünüz də hiss etmədən bu məkana ayağınızı basan kimi ayrı dünyaya düşürsünüz. Cansız dayansa da hər kitabın öz aurası var. Kitab da insan kimidir oxudunmu daxilində ki aləmlə tanış oldunmu, adi bir kağız həddindən çıxıb başqa dünya şəklinə düşür. Bu dünyada axtardığın bütün suallara cavab tapırsan nə zaman kitabı açıb, yüz dəfə, min dəfə verdiyin sualı ona təkrarən versən də ,o yorulmadan, usanmadan sənə cavab verəcək. Hər dəfəsində də bir az daha gözünü açıb , məntiqli düşünməyə sövq edəcək.

“Bədii ədəbiyyat oxumaq bizə niyə lazımdır?” Hesab edirəm ki, bu yazıda bədii ədəbiyyatın bizə niyə lazım olduğunun , qayəsinin nədən ibarət olduğunun az da olsa izah edib kitabsevərlərə , kitabı özünə dost seçmək istəyənlərə fikrimi çatdıra bildim.

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir