Ədəbiyyat ruhun beşiyidir.

Yazar: Firuzə Məlikzadə

Bədii ədəbiyyat insana, onun mövcud olduğu cəmiyyətə təsir edir. Hər kəs sevdiyi, ona təsir edə bilən ədəbiyyatla maraqlanır: «Bədii ədəbiyyat onu yaradanlarla dinləyicilər və ya oxucular arasında mənəvi körpüdür». Bədii ədəbiyyat hər yaşda insana bir şəxsiyyət kimi formalaşmaqda böyük təsir qüvvəsinə malikdir.Hər kəsin düşüncə tərzi müxtəlifdir. Elə ona görə hər kəs müxtəlif mövzularda bədii ədəbiyyatlara üstünlük verirlər. Müasir dövrə əsasən danışsaq gənclərin bədii ədəbiyyata marağı azalıb. Niyə? Çünki sosial şəbəkələr gənclər üçün hər şeyi ifadə edir. Amma bu belə deyil. Çünki kitab oxumağın bizə ziyanı yoxdur. Amma sosial şəbəkələrin bizə xeyli ziyanı var. Onlar bizi ətraf mühitdən təcrid edir, gözlərimizin zəifləməsinə təsir göstərir, psixoloji travma almamıza kömək edir, yalnış mənbələrdən yalnış məlumatlar almağımıza səbəb olur. Əlbəttə müsbət cəhətləri də var. İsdəyimiz məlumatı anında rahatlıqla tapa bilirik, dostlarımızla ünsiyyət qura bilirik və. S.

Amma bütün günümüzü sosial şəbəkədə keçirmək əvəzinə gündə bir neçə saat bədii ədəbiyyat  oxuyaraq yeni nə isə öyrənə bilərik. Və ya nitqimizi inkişaf etdirə bilərik, düşüncə tərzimizi dəyişə bilərik. Bədii ədəbiyyat ruhun beşiyidir. Bildiyim qədər stresli olduğunuz vaxtlarda, özünüzü yorğun hiss etdiyinizidə bir neçə səhifə bədii ədəbiyyat oxumaq insana ana laylası kimi sakitlik gətirir. Tək problem olanda yox axşam yatmazdan öncə bir -iki səhifə oxumağınız rahat yuxu şəraitinin yaranmasına səbəb olur. Yəni sosial şəbəkədən aldığımız mənfi xüsusiyyətlər, sağlamlığımıza göstərdiyi ziyan qədər, bədii ədəbiyyat da bizə bir o qədər müsbət duyğular, və bir çox müsbət xüsusiyyətlər bəxş edir. Bir sözlə sağlamlığınızı qorumaq, gələcəyə sağlam düşüncələrlə getmək istəyirsizsə bədii ədəbiyyata üstünlük verməliyik. Mən daha çox dedektiv janrda ədəbiyyat oxumağa üstünlük verirəm. Son dəfə oxuduğum əsər Jo Nesbo “Qar adamı” idi. Xəyanətkar qadınların qatilləri haqqında idi. Bu əsəri ilk dəfə idi oxuyurdum. Ona görə hisslərim bir az qəribə oldu. Amma bitdikdən sonra düşüncələrim tamam fərqli oldu. Hal hazırda Dan Brown “İtirilmiş simvol” əsərini oxuyuram. Adı çox maraqlı gəldi. Düşünürəm ki sonda fikirlərim möhtəşəm olacaq. Məqaləmi Əbu Turxanın bir fikri ilə bitirmək istərdim.

“Bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır. “

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir