Bədii ədəbiyyat sizin həyatınıza necə təsir edir?

Yazar: Göyçək Qəhrəmanova

Həyatda hər kəs yaşayır.Kimi həyatını rəngarəng edərək,kimi isə öz seçimləri ilə.Həyatımızı rəngarəng etmək isə öz əlimizdədi.Mənim həyatımın rəngləri bədii ədəbiyyatdır. O göyqurşağı kimi həyatımı öz çalarları ilə rəngləndirir.Sanki bir həkimdi beyinə məlhəm verir.Beyinə məlhəm verən kitab necə həyatıma təsir etməsin?Onu oxuduqca ruhumun sakitləşməsi, rahatlıq tapması,onu yaşaması,həftələrlə onu beynimdə analiz etməsi onun həyatıma təsiri saydıqca bitməz.O saydıqca bitməyən qüvvədir.Elə qüvvə ki, hər səhifəsi öncəkindən daha maraqlı ən sonu isə öncəkilərdən daha üzücüdür.Maraqla oxuduğum kitab sona çatır,amma həyatıma yeni başlanğıclar gətirir.O başlanğıclar ki,məni məqsədlərimə aparır.Həyatda məğlub olsamda irəli getməyə həvəsləndirir.Belə kitablardan Seda Eroğlunun ,,İyiler kaybetmez kaybedilir”kitabını qeyd edə bilerəm.Həyatda zamanın necə qiymətli olması hər zaman ağlımızda olsa da onu çox zaman düzgün bölə bilmirik.Rövşən Abdullaoğlunun ,,Zamanı necə yeyək”kitabı zamanın nə qədər qiymətli olmasını bir daha mənə xatırlatdı.Cümlələri ilə qiymətli olan bir kitab zəngin söz ehtiyatıdır.Bəzən ətrafımızda fikirlərini ifadə edə bilməyən şəxslərə çox rast gəlirik.Özlərini ifadə edə bilmədiyi üçün utanıb geri çəkilir.Kitab oxumağı vaxt itkisi hesab edir.Həyatda isə məqsədisiz yaşayır.Məqsədsiz insan həyatda öz yerini tapmayan insandı.Həyatda öz yerimizi tapmaq üçün müxtəlif janrda bədii kitab oxumalı,oxumaqla kifayyətlənməyib gəldiyimiz nəticəni qeyd etməli və gələcəyimizi sağlam təməllə qurmalıyıq.Sağlam gələcək sağlam düşüncə əsasında yaranır.Düşüncəmizi sağlam formalaşdıraq,gələcəyimiz uğurlu olsun.Məqsəd yolumu bir çox kitablardan keçirir.Motivasiyadan keçən yol məni ruhlandırır irəli aparır.Hətta ətrafımda olan insanlara da bu enerjidən ötürür.,,Səndən xüsusi enerji”gəlir cümlələrin və buna bənzər cümlələri tez -tez eşidirəm.Bunların başında mənim hər gün oxuduğum özünü inkişaf  və motivasiya xarakterli kitablara yer ayırmağım durur.Bu kitabları oxumağı sizlərədə məsləhət görərdim.Təbriz Hacıyevin,,60 saniyədə insan tanıma sənəti”,OSHO ,,Cəsarət”,Robert T.KIYOSAKI ,,Varlı ata Kasıb ata”kitabları və digərləri mənim inkişafımda xüsusi yer tutur.Kitabların həyatıma təsiri əvəzolunmazdır.Təkcə onları oxumaqla kifayyətlənməyib onlara bir insana edəcəyimiz qayğını göstərirəm. Onun təmiz saxlanılması mənim üçün ən başlıca məsələdi.Bizə dünyagörüş verən,bizə həyatı dərk etməyə kömək edən,bizi düşündürməyə vadar edən,gözəl nitqə sahib olmağımıza səbəb olan kitablar bizim uğurlu gələcəyimizdir.Uğurlu gələcəyimizi qoruyaq!

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir