Oxumaq mı önəmlidir yoxsa anlamaqmı?

Yazar: Mətin Həsənzadə

Oxumaqdan oxumağa, dinləməkdən dinləməyə fərq var. Hər oxuyan insan oxuduğunu anlasaydı,ətrafımızdakı insanları böyük hissəsi kamil və ya müdrik olardı. Mövzuya birdə belə baxaq: bəzi adamlar sadəcə kamil doğulur və bu vergi ilə  müdrikliyə nail olurlar. Beləliklə müvəffəqiyyətə gedən yolun yarısı qət olunur. Belə insanlar üçün sahib olduqlarını və sahib olacaqlarını insanlara nümayiş ettirmək önəmli deyil.  Çünki onlar kiminsə gözündə üst səviyədə görünmək üçün yaşamırlar. Şəxsi həyatlarını ən üst səviyəyə daşımağa hədəfləniblər. Ətrafındakı insanlarda səmimi və dürüst olurlar.

Hamının qabağında şan şöhrətim var deyə özünü göstərib,olan gücünüdə boş yerə sərf edənlər var.  Mahir ovçu ov zamanı gəldiyində artıq şahin buraxmaz.

Nəyin varsa hamısını açıb göstərirsənsə bu sadəcə şöhrətpərəstlikdir. Və bir gün insan bu xasiyyətinin qurbanı olur. Bu gün yanında olan insanlarən çoxu isə itin dalınca hər zaman gedən quyruq kimidir. Qarşısındakının varlığına görə deyil,mal varlığına görə hərəkət edir.

Gözəl bir söz var: “Fələyin imarətinə sevinc darvazasından girən,kədər darvazasındam çıxar”.

Təmtəraqlı başlanğıc və acı sonluq bəxtəvərlərin ümumi bəlasıdır. Vacib deyil ki, girişdə səni kütlə alqışlasın buna hər kəs nail ola bilər. Əsas odur ki, hamının sevimlisi olasan və gedişindən hamı heyran olsun.

 

Biz insanlar hər istəyimizi ən qısa zamanda  əldə etmək istəyirik.  Bunun üçün bəzi zamanlarda sağlamlığımıza istəmədən zərər verə bilirik. Ama arzu və xəyallarımıza çatmağın yolunun hardan keçdiyini, necə əl çatan olduğunu dərk edən insan sayı çox azdır. Gördüyünə inana və aşiq ola bilırsən,duyduğuna maraq göstərə və heyran qala bilərsən ama oxuduğuna tam şəkildə hakim ola bilərsən. Oxumaq insanın qurduğu cümlələrə, ətrafı izlədiyi baxışlarına, küçədə yeriyərkən yqrüyüşünə belə təsir edir. Oxuyaraq insan hər şeyi əldə edə bilər. Mən məhz buna inanıram. Hə, məhz buna. Necə deyərlər, inanmaq bacarmağın yarısıdır. Buna inanaraq həyatımda daim uğur qazanmışam və qazanacam. Bunu bir kəsə yox,hər bir kəsə səmimiyyətlə tövsiyyə edirəm.

Əziz insanlar,əziz gənclik oxuyun. Oxuyun ki, həyatı dərk edin. Oxuyun ki, böyüyəsiniz. Oxuyun ki, sizfən sonra gələcək olan nəsli doğru düzgün yetişdirəsiniz. Oxuyun ki, ətrafınızdakılara örnək olun. Hər kəsə bol oxumalı, həyat diləyirəm.

Məqaləyə bu cümləylə son vermək istəyirəm;”Hər gün eyni geyimlə küçəyə çıxmağa utanan insanlar, hər gün eyni düşüncəylə küçəyə çıxmağa utanmırlar mı?”.

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir