Yazar: Nuray Arabova
Bədii ədəbiyyat. Texnologiyalar inkişaf etdikcə unutulan amma kəşf edildiyində həyatı anlamaq istəyənlərin, buna həvəs edənlərin yeni dünyaları kəşf etməsi üçün bir xəritədir. Yağmur yağdığında onun səsini həzin musiqiyə, yaşamağı sevgiyə, dostluğu qırılmaz zəncirlərə, Ayı saflığa, sözləri inciyə çevirən, gözümüzlə deyil qəlbimizlə gördüyümüz mənəviyyat dünyasıdır. Bura, həyatın 4 fəsildə yaşandığı yerdir.
Gəlin, bədii ədəbiyyatın önəminin sizə daha aydın olmasından ötrü bir misal çəkim. Bir hündür, yoğun ağac düşünün. Kölgəsi bir çox insanı içinə ala bilər. Amma heçkim onun yaxınına getmir. Səbəb isə içdən çürüdüyünə görə hər an yıxıla bilər olmasıdır. Mənə görə bədii ədəbiyyatı xor görənlər, oxumaq istəməyənlər də, vaxt itkisi hesab edənlər də eyni yerdədilər həmin ağacla. Nə qədər əzəmətli görünsələr də əslində ruhən çöküş içindədir amma bunun fərqində deyillər. Yetəri qədər gücü var amma onu istifadə edə bilmədikdən sonra…
Günümüzdə kitablara ayrılan vaxtın yerini instaqram, facebook, twitter kimi sosial məcralar tutmuşdur. Halbuki, bədii ədəbiyyata söz deyən şəxslər vaxtlarının oralarda necə öldüyünün fərqinə varmırlar deyəsən. Təbiiki həqiqətən önəmli işləri varsa ondan ayrılıb kitab oxusunlar demirəm, amma hər anlamda inkişaf etmək -nitqdə, özünü inkişafda – ən əsası xəyal gücünün, atmaq istədiyi və ya qazanmaq istədiyi vərdişlərdə, yeni bir sən qurmaqda kömək edir kəşf edilməyi gözləyən dostlarımız.
Həyata baxış bucaqları fərqlidir. Başımızı qaldırıb səmya baxsaq kimi üçün bu sadəcə bir səma,kimi üçün də hər zaman orda olmalarına baxmayaraq gecələri yolumuzu aydınlatan ulduzları və Ayı ağuşuna alan, bəzən dostyana ,bəzən də Günəşimizin qarşısını kəsən buludların, öz gücünü göstərməyə çalışan ildırımların yuvasıdır. Ədəbiyyat, pəncərələrinin eyni yerə açılmasına baxmayaraq incitək sözləri fəqli formada ipə keçirən zərgərlərin dünyasıdır. Ruhunu rəngləndirən rəngarəng boyalardır. Təbiiki, doğru, sənə uyğun olan kitabları seçməlisən. Əks halda kitablıqda sadəcə yer doldurarlar. Bəzən elə bədii ədəbiyyat nümunələri taparsanki sənin mənliyinin xəritəsidir, qapıları açmaq bir kənara qalsın görünməyən qapıları görünür edər,rəngləndirər, onları açmaq üçün sanki səni açara çevirər. Aydınlanarsan, baxış bucağın dəyişər, sanki 3- cü bir gözün açılar və dünyanı daha rəngli şəkildə görərsən ümumiyyətlə görmə sənətini öyrənərsən. Qarşına hündür divarlar çıxdıqda yolunu dəyişməyib də həmin divarı yıxmağı və daha bir çox saya hesaba sığmayan “dərs” öyrənərsən.
Bu bədii ədəbiyyatdır ruhun rəngsazı, mənəviyyatın cilasıdır. Odurki gəlin hər birimiz bir kitab alaq və öz daxilimizi gözlləşdirək.
Düşünən beyinlər üçün…Tək kəlimə ilə desək, mükəmməl. Uğurlar sizə!
Düşünən beyinlər üçün… Tək sözlə desək, mükəmməl. Uğurlar sizə!