Kitablar və İnsanlar

Yazar: Sevinc Novruzzadə

“Bu həyatda kitab oxumaq qədər gözəl ikinci bir şey varmı? sanmam.”

“Niyə kitab oxuyum ki,daha vacib işlərim var” mənim də var, əmin olunun hamının özünə görə vacib işləri var. Amma və lakin kitab, kitab həyatdır, kitab elmdir. İnsanlar sıxılanda nəfəs almaq üçün təmiz havaya çıxırlar, mənsə nəfəs ala bilmədiyimi hiss etdiyim anlarda kitablara sığınıram. Niyəmi? çünki kitab oxumayan insan bir həyat yaşayır, öz həyatını. Amma və lakin kitab oxuyan insanlar, ah onlar… onlar hər kitabda bir həyat, hər sətirdə bir məna, hər bənddə bir duyğu tapırlar. Kitab oxuyan insanlar var dostum, yaxşıki varlar. Bax dostum bədii ədəbiyyat oxuyan insanlar daha açıq fikirli və yaradıcı olurlar .

Toronto universitetində aparılan araşdırmalara görə, qısa hekayə bədii əsərləri oxuyan tədqiqat iştirakçıları, qeyri-bədii oçerklər oxuyan həmkarları ilə müqayisədə “idrak qapanmasına” (cognitive closure) az uğrayırlar. Müəlliflər “Qeyri-bədii” ədəbiyyat şagirdlərə mövzunu öyrənməyə imkan versə də, düşünməkdə həmişə onlara kömək edə bilməz” deyə yazırlar. “Bir həkim öz mövzusu ilə əlaqədar bir ensiklopedik biliyə sahib ola bilər, lakin bu, əlavə simptomlar fərqli bir xəstəliyə işarə etdikdə həkimə bir diaqnozu qoymağa kömək edə bilməz”.

Araşdırmalar göstərir ki, kitab oxuyan insanlar daha uzun yaşayır. Bu, 50 yaşdan yuxarı 3635 insanı araşdıran və gündəlik 30 dəqiqə kitab oxuyanların oxumayanlardan və ya jurnal oxuyanlardan orta hesabla 23 ay daha uzun yaşadığını aşkar edən Yale tədqiqatçılarına ( Yale Universiteti / Amerika Birləşmiş Ştatları) görədir. Göründüyü kimi, kitab oxumaq praktikası lüğət, düşünmə qabiliyyəti və konsentrasiya daxil olmaqla bir çox şeyi yaxşılaşdıran idrak əlaqəsi yaradır. Həm də empati, sosial qavrayış və emosional zəkaya təsir edir, bunların cəmi insanların planetdə daha uzun müddət qalmalarına kömək edir.

İnsan cəmiyyətdə güclü mövqedə dayana bilməsi üçün daima öz üzərində çalışmalıdır. Bu yolda bizə şəxsiyyətin inkişaf  etdirilməsi barədə yazılmış kitablar kömək edir. Şəxsiyyət olaraq insanın kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

Böyük mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərində mütaliənin əhəmiyyəti haqqında müdrik fikirləri ondan sonar gələn Azərbaycan mütəfəkkirlərinə böyük təsir göstərmişdir. İnsanın ucalığını onun elmi səviyyəsində axtaran Nizami hər hansı bir insanın  başqasına üstün gəlməsini qalibin elmi səviyyəsi ilə izh edir:

Elmlə, hünərlə! Başqa cür heç kəs,                                                                              Heç kəsə üstünlük eyləyə bilməz!

-deyən şair kamilliyin mənbəyini elm və bilik axtarışında görür. Kitabı, mütaliəni yüksək qiymətləndirən şairin özü böyük mütaliəçi olmuşdur. Dünya ədəbiyyatının incisi sayılan Nizami Gəncəvinin “Xəmsə”si onun müəllifinin mütaliəsinin, elmi axtarışlarının nəticəsidir. Şair beş poemasında kifayət qədər əsər adı çəkir, bunlar hamısı Nizaminin mütaliə obyekti olmuşdur.

“Görkəmli saraylar yerinə, möhtəşəm kitabxanalar tikin; baxıb heyran qalaq”

Həftədə 1 kitab oxumaq qorxunc səslənə bilər ancaq bunu çox məşğul olan, işləyən insanlar da edə bilər. Yazıçı Stephanie Huston vaxtının az olduğunu düşünmənin topal bir bəhanə olduğunu söyləyib. Çox haqlıdır.

“Yaxşı kitab oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir”.

Daimi bədii ədəbiyyat oxumaq vərdişinə yiyələnmək üçün əvvəlcə insan öz janrını tapmalıdır ona daha çox maraqlı olan, onun diqqətini çəkən, onu fərqli dünyalarda səyahətlər edirən janrı. Mən elmi, fəlsəfi, detektiv,  psixoloji, roman və poeziya,şeir janrlarını sevirəm. Başqa nə qaldıki guya sualını verdiyinizi eşidirəm. Haqlısınız. Əvvəlcə öz janrınızı tapmalısınız və ilkin olaraq 2,3 kitab o barədə oxumalısınız (özünüzü çox yormadan) ondan sonra o janrda davam etməyin janrı dəyişin. Məsələn, roman oxumağı sevirsiniz, 3 roman oxuyun, sonra 1 psixoloji,1 detektiv janr oxuyun, sonra yenidən romana dönünü və bunu 20 gün təkrar edin. Çünki araşdırmalara görə bir şeyi 20 gün təkrar etsəniz o artıq bir vərdişə çevriləcək.

Sənə xoş mütaliələr dostum, hər gün bir parça musiqi dinlə, yaxşı bir şeir oxu, gözəl bir tablo gör və mümkünsə məntiqli bir neçə cümlə söylə.  (Goethe`dən alıntıdı)

İstifadə olunmuş ədəbiyyat:

1)https://www.inc.com/christina-desmarais/why-reading-books-should-be-your-priority-according-to-science.html

2)https://marja.az/37335/yeni-ilde-sizi-inkisafa-aparacaq-10-kitab

3)https://www.muallim.edu.az/news.php?id=7241

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir