Cəmiyyətdə kitaba münasibətə görə fərqlər.

Yazar: Turqay Əliyev

Hər bir toplum özünün rəngarəng düşüncəli insanları ilə seçilir. Toplum daxilində rəngarəng düşüncəli insanların çoxluğunun başlıca səbəblərindən biri isə kitaba olan münasibətdən irəli gəlir. Cəmiyyətdə fərdlər kitaba olan münasibətinə görə 2 qrupa bölünür. Bir qrup insanlar kitab oxumağı həyatlarında daha çox arxa plana salırlar. Digər qrup insanlar isə kitabı həyatlarında xüsusi qiymətləndirən insanlardır və həmişə hətta öz arzu və məqsədlərində belə kitaba və kitab oxumağa xüsusi yer ayırırlar. Kitab oxumağı ikinci planda təsvir edən insanlar müxtəlif səbəblərlə haqlı olduqlarını düşünürlər. Əsas səbəb kimi kitab oxumağın yerinə insanlarla daha çox vaxt keçirməyi bir növ sosiallaşmağı daha faydalı hesab edirlər. Lakin, unutmamaq lazımdır ki, kitablardakı hər personaj müxtəlif cəmiyyətlər tərəfindən müxtəlif dövrlərdə qəbul edilməmiş insanlar olub və olmaqdadırlar. Və toplum daxilində insanların biri-biriləri ilə ünsiyyət qurmağı və kitab oxumağa vaxt itkisi kimi baxması artıq cəmiyyətdə monoton düşüncəli insanların artmasına və müəyyən müddət sonra insanlar arasında rəngsiz düşüncələrin meydana gəlməsinə səbəb olur. İkinci qrup insanlar isə daim yeni bir şeyin axtarışında olan insanlardır və bu insanlar toplum arasında öz düşüncə tərzlərinə görə seçilmişlər. Diqqət yetirsək görərik ki, tarix boyu insanlar arasında seçilmiş şəxslərin daim şəxsi kitabxanası mövcud olmuşdur. Bu şəxslərin isə cəmiyyətə davamlı olaraq məsləhətləri daim kitab oxumaq və oxuduğumuz kitablardakı məlumatları bacardıqca istifadə etməkdir. Mənim fikrimcə kitab oxumağın insanın özü üçün ən böyük faydası insanın kitab oxuyan zaman özünü tənha hiss etməməsi, əksinə təklikdən bir üstünlük kimi istifadə etməsidir. Bundan başqa müxtəlif universitetlər tərəfindən aparılmış tədqiqatlar nəticəsində kitab oxumağın faydaları haqda məlumatlar əldə edilmişdir. Kitab oxumağın ən böyük faydalarından biri də insanın beyninin dayanmadan inkişaf etməsinə və yaddaşının güclənməsinə bilavasitə təsir etməsidir.

Təbii haldır ki, bir insan yaşadığı müddət ərzində müxtəlif hadislərlə üzləşir. Bu hadisələr pis, yaxşı, sevincli, kədərli, xoşbəxt, qəmgin və s. formada insana təsir edir. Kitab oxumağın faydasında mühüm məqamlardan biri də məhz insanın empatiya hissinə birbaşa təsiridir. Hansı ki, hal-hazırki dövrdə insanların çoxunun da məhz xəbəri olmadan ehtiyacı olduğu ən vacib hissdir. Bu da insanların biri-birilərini müəyyən qədər başa düşmələrinə kömək edir.

İnsanın yuxu balansı həyat tərzinə təsir edən ən güclü vasitə hesab olunur. Normal yuxu balansı insanda güclü immunitetin yaranmasnına, yaddaşın zəifləməsinin qarşısının alınmasına, hətta stresin azalmasına səbəb olur ki, kitab oxumaq vasitəsilə siz stress səviyyənizi azaltmaqla yuxu balansınızın da qorunmasına nail ola bilərsiniz.

Yaşadığımız həyatı rəngli edən kitablar cəmiyyətin bu günə kimi əldə etdiyi ən dəyərli xəzinədir. Bu xəzinəni artırmaq üçün isə daim insanlar arasında kitab oxumağın faydaları haqda təbliğatlar aparılmalı və gənc nəsillərimizin həyatında kitab oxumağı vərdiş halına çevirməliyik. Kitab oxumağı vərdiş halına çevirmək üçün gənc nəslin uşaqlıq həyatından başlamaq lazımdır. Elmi cəhətdən sübut olunmuşdur ki, uşaqlara körpə vaxtında kitab oxumaq onlarda zəngin söz bazası yaradır, özünə inamı arıtrır, insanlarla ünsiyyət qurma prosesini sürətləndirir və bu da gələcək üçün daha sağlam toplumların yaranmasına gətirib çıxarır.

Təklif:

Kitab oxumaq marağını artırmaq üçün insanlar arasında debatlar təşkil edilməsi və bu debatlara valideynlərlə birlikdə onların uşaqlarının da dəvət olunmasını daha məqsədəuyğun hesab edirəm. Və eyni kitabın müxtəlif yaş qrupları üçün yəni valideynlər kitabın bütöv hissəsini övladlar isə kitabın qısaldılmış versiyasını oxuması və debatda valideynlər və uşaqlar üçün ayrıca debat qruplarının təşkil olunması həm ailələrin daxilində kitab oxuma rəqabəti həm də ailələr arası kitab oxuma rəqabətinin artmasına şərait yaradacaq. Hal-hazırda pandemiya dövrü ilə əlaqədar olaraq bu cür şəraitin onlayn platformalarda yaradılmasını daha məqsədəuyğun hesab edirəm.

Ədəbiyyat siyahısı:

  1. Benefits of Reading Books: For Your Physical and Mental Health (healthline.com)

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir